QONAQPƏRƏSTLİK, QONAQSEVƏNLİK

гостеприимство, хлебосольство
QONAQPƏRƏST, QONAQSEVƏN
QONAQSEVMƏZ
OBASTAN VİKİ
Qonaqpərəstlik
Qonaqpərəstlik (rus. Куначество; qonaqçılıq sözündən törəmişdir) — Qədim Qafqazda adət. Adətə görə, fərqli tayfa və ya milliyətdən olan iki kişi elə bir yaxın dostluq münasibəti yaşayır ki, onlar qanbir olur, bir-birlərinə kömək edirlər. Buna oxşar adətlər çernoqoriyalılar, ərəblər və digər xalqlarda da müşahidə edilmişdir.Qonaqpərəstlik adəti xalqlararası əngəllərin aradan qaldırılması və qonşu xalqlar arasında dostluq münasibəti yaranmasında böyük rol oynamışdır. Beləliklə, müxtəlif xalqlar arasında əməkdaşlıq və ticarət artmışdır. == Etimologiyası == Rusdilli mənbələrdə "Куначество" adlandırılan bu terminin kökü qədim türk dilindən törəmiş "qonaq" sözündən gəlir. == Tarixi == Adətin yaranma dövrü məlum deyil. Qonaqpərəstlik adətinin mövcudluğunu sübut edən ən erkən yazılı sübut XV əsrdə çərkəzlər haqda əsərlər yazmış genuyalı səyyah Corcino İnterianonun yazılarında müşahidə olunur.